Pleyeri seçin:

Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV

23 avqust 2026 158 baxış

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə və süddən hazırlanan yağların həcmi 9,3 faiz və ya 1 548 ton azalaraq aşağı düşüb.

Maraqlıdır ki, bu dövrdə ölkədə kərə yağı istehsalında da artım qeydə alınmayıb. Əksinə, istehsal təxminən 10 faiz azalıb. Eyni dövrdə ölkəyə gətirilən bitki və heyvan mənşəli piy və yağların həcmi isə 17,8 faiz və ya 15 769 ton artıb. Belə yağların idxalının həcmi kərə yağı idxalından təxminən yeddi dəfə çox olub.

Qeyd edək ki, palma yağı və onun bərk fraksiyaları da bu mal qrupuna daxildir. Təkcə 2026-cı ilin ilk yarısında ölkəyə 14 592,7 ton palma yağı və onun bərk fraksiyaları idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 dəfə çoxdur.

Bəs kərə yağı idxalı və yerli istehsal azaldığı halda digər yağların, xüsusilə palma yağının idxalının kəskin artması nə ilə izah olunur?

İqtisadçı Eyyub Kərimli bildirir ki, tendensiya bazarda daha bahalı süd mənşəli yağlardan daha ucuz bitki mənşəli yağlara doğru müəyyən struktur dəyişikliyinin baş verdiyini göstərir.

Onun sözlərinə görə, bu, bitki yağlarının müəyyən seqmentlərdə süd mənşəli yağları sıxışdırması ehtimalını gücləndirir.

Ekspert qeyd edib ki, söhbət kərə yağı və digər süd mənşəli məhsulların palma yağı ilə tam əvəzlənməsindən getmir. Belə ki, qida sənayesində, xüsusilə şirniyyat istehsalında maya dəyərinin aşağı salınması məqsədilə süd mənşəli yağların əvəzinə bitki yağlarından istifadə oluna bilər. Bu da öz növbəsində palma yağına tələbatın artmasına səbəb olur.

Digər tərəfdən 2026-cı ildə kərə yağı idxalında bahalaşma da müşahidə olunmayıb. Əksinə, qiymət aşağı düşüb. Belə ki, yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə yağının bir kiloqramının orta qiyməti 6,3 ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 7,3 faiz azdır.

Zavod Türkiyənin ilk Strateji Sərmayə Təşviqi Sənədinə sahib olub - Baku TV

Zavod Türkiyənin ilk Strateji Sərmayə Təşviqi Sənədinə sahib olub - Baku TV

İqtisadiyyat
08 sentyabr 2026 158 baxış
İstanbulda danışıqlar başa çatdı | SOCAR Belqradda hansı layihədə iştirak edəcək? - Baku TV

İstanbulda danışıqlar başa çatdı | SOCAR Belqradda hansı layihədə iştirak edəcək? - Baku TV

İqtisadiyyat
08 sentyabr 2026 158 baxış
Dünyada ərzaq qiymətləri rekord həddə yüksəlir | Genişmiqyaslı aclıq təhlükəsi - Baku TV CANLI

Dünyada ərzaq qiymətləri rekord həddə yüksəlir | Genişmiqyaslı aclıq təhlükəsi - Baku TV CANLI

İqtisadiyyat
07 sentyabr 2026 158 baxış
Yeni aclıq dalğası başlayır?

Yeni aclıq dalğası başlayır?

İqtisadiyyat
07 sentyabr 2026 158 baxış
Dünyanı yeni ərzaq böhranı gözləyir? | Qida bazarında həyəcan təbili çalınır - Baku TV

Dünyanı yeni ərzaq böhranı gözləyir? | Qida bazarında həyəcan təbili çalınır - Baku TV

İqtisadiyyat
07 sentyabr 2026 158 baxış
Bakı və Abşeronun enerji təminatında mühüm yenilik | Layihə barədə detallar - Baku TV

Bakı və Abşeronun enerji təminatında mühüm yenilik | Layihə barədə detallar - Baku TV

İqtisadiyyat
07 sentyabr 2026 158 baxış
Elektron ticarətdə yeni qaydalar qüvvəyə mindi | Onlayn xidmətlərin qiyməti artacaq? - Baku TV

Elektron ticarətdə yeni qaydalar qüvvəyə mindi | Onlayn xidmətlərin qiyməti artacaq? - Baku TV

İqtisadiyyat
06 sentyabr 2026 158 baxış
Maliyyə Nazirliyində borclanmaya gedilməsinin səbəbi nədir? - Büdcədə profisit olsa da... - Baku TV

Maliyyə Nazirliyində borclanmaya gedilməsinin səbəbi nədir? - Büdcədə profisit olsa da... - Baku TV

İqtisadiyyat
05 sentyabr 2026 158 baxış
SOCAR ilk birbaşa kommersiya əməliyyatını həyata keçirdi - Baku TV

SOCAR ilk birbaşa kommersiya əməliyyatını həyata keçirdi - Baku TV

İqtisadiyyat
05 sentyabr 2026 158 baxış
“S&P Global Ratings” razılaşmanın ABŞ şirkətinə müsbət təsir göstərəcəyini açıqladı - Baku TV

“S&P Global Ratings” razılaşmanın ABŞ şirkətinə müsbət təsir göstərəcəyini açıqladı - Baku TV

İqtisadiyyat
05 sentyabr 2026 158 baxış
Seçilmişlər
icon