Pleyeri seçin:

Gömrük rüsumunun 3 dəfə artırılması qiymətləri dəyişdi - Baku TV

10 yanvar 2026 611 baxış

Kərə yağının idxalına tətbiq edilən güzəştin müddəti 2026-cı il yanvarın 1-də bitib. Bununla da artıq kərə yağının idxalı üçün gömrük rüsumu 5 faizdən 15-ə yüksəlib.

Bəs gömrük rüsumunun 3 dəfə artması kərə yağının daha da bahalaşmasına səbəb ola bilərmi?

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, 15 faizlik dərəcə ilə idxalat rüsumuna cəlb olunması təbii ki, kərə yağının pərakəndə satış qiymətlərini bahalaşdıracaq:

“Təqribən sahibkarlar gömrükdən malı keçirərkən 1-1,3 AZN vəsait ödəmiş olacaqlar və nəticədə, sonda məhsulun üzərinə təqribən 1,5-2 AZN qiymət əlavəsi gələcək. Çünki sonradan burada formalaşan maya dəyərindən digər xərclər və faizlər yaranır. Bu baxımdan idxal rüsumu və əlavə dəyər vergisi kimi dolayı vergilərin hamısı son istehlak qiymətini artıran vergilərdir və idxal rüsumunun qalxması kərə yağının satış qiymətlərinə də artırıcı təsir göstərəcək”.

Qeyd edək ki, 2017-ci ildə məhsulun dünya bazarlarında bahalaşmasının ölkə daxilində qiymətlərə təsirini azaltmaq məqsədilə kərə yağının idxalına tətbiq olunan gömrük rüsumu 15 faizdən 5 faizə endirilmişdi. Son rəsmi statistikaya görə, Azərbaycanda kərə yağı istehlakının 44 faizi idxal hesabına ödənilir. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə gətirilmiş məhsulun 1 kiloqramının orta qiyməti 7,22 ABŞ dolları, yəni 12 manat 27 qəpik təşkil edib. Kərə yağının pərakəndə satış qiyməti isə bundan orta hesabla iki dəfə çoxdur.

Tbilisidə kitab təqdimatı | Azərbaycanlı müəllimlərə həsr edilmiş kitab işıq üzü gördü - Baku TV

Tbilisidə kitab təqdimatı | Azərbaycanlı müəllimlərə həsr edilmiş kitab işıq üzü gördü - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
Əhalinin nəzərinə | Hava şəraiti işinizi çətinləşdirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti işinizi çətinləşdirəcək? - Baku TV CANLI

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
"İçməli suya qarışır" | Mehdiabad sakinləri niyə belə yaşamağa məcbur qalıb? - Baku TV

"İçməli suya qarışır" | Mehdiabad sakinləri niyə belə yaşamağa məcbur qalıb? - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
Sakinlər zibillərini atmağa yer tapa bilmirlər

Sakinlər zibillərini atmağa yer tapa bilmirlər

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
Bu avtomobillər gözləntiləri üstələyəcək | GAC Smilodon və S9 Azərbaycanda - Baku TV

Bu avtomobillər gözləntiləri üstələyəcək | GAC Smilodon və S9 Azərbaycanda - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
"Millət batır, əncam çəkin" | Kanalizasiya boruları partladı, əhali çətin durumda qaldı - Baku TV

"Millət batır, əncam çəkin" | Kanalizasiya boruları partladı, əhali çətin durumda qaldı - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
Sistem olmadığına görə qəbiristanlığı su basıb?

Sistem olmadığına görə qəbiristanlığı su basıb?

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
Xətaidə yüksək bal toplayanlar bir arada | "Bu, kifayət qədər mühüm nəticədir" - Baku TV

Xətaidə yüksək bal toplayanlar bir arada | "Bu, kifayət qədər mühüm nəticədir" - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
"Ətrafı qoxu bürüyüb, qəbirlər suyun içindədir" | Zabratda dəhşətə gətirən mənzərə - Baku TV

"Ətrafı qoxu bürüyüb, qəbirlər suyun içindədir" | Zabratda dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
Zabrat qəsəbəsində kanalizasiya problemi ciddi fəsadlara səbəb oldu - Baku TV CANLI

Zabrat qəsəbəsində kanalizasiya problemi ciddi fəsadlara səbəb oldu - Baku TV CANLI

Cəmiyyət
12 sentyabr 2026 611 baxış
Seçilmişlər
icon