SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV
İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən, neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi, gələcək inkişaf perspektivləri və cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.
İclasda gündəlikdə olan məsələlərlə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər və təkliflərini bildiriblər. Sonra cari məsələlərlə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.
İclasın yekununda qərarlar qəbul olunaraq Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
#İqtisadi Şura teqi istifadə olunub
- SOCAR-ın prezidenti iclasda təqdimatla çıxış etdi | Nələr müzakirə edildi? - Baku TV
- Qurumlara tapşırıqlar verildi | İclasda nələr müzakirə edildi?
- Bu qurumlara mühüm tapşırıqlar verildi | İclasda nələr müzakirə edildi?
- İqtisadi Şuranın növbəti iclası keçirildi | Mühüm müzakirələr aparıldı
- İqtisadi Şuranın növbəti iclası keçirildi | Mühüm müzakirələr aparıldı
