"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV
"Italiana Petroli" şirkətinin alınması Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) "downstream" seqmentində fəaliyyətin şaxələndirilməsini əhəmiyyətli dərəcədə gücləndirmək imkanı verəcək.
"Report"un məlumatına görə, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu üzrə korporativ reytinqlər qrupunun direktoru Yakub Zasada bildirib.
Y.Zasada həmçinin xatırladıb ki, sentyabr ayında "Fitch Ratings" şirkətin borc yükünün azalması və maliyyə göstəricilərinin yaxşılaşması fonunda SOCAR-ın müstəqil kredit profilini (SCP) "BB-" səviyyəsindən "BB" səviyyəsinə yüksəldib:
"Bununla belə, dövlət dəstəyi ehtimalının son dərəcə yüksək olması və şirkətin ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyəti səbəbindən SOCAR-ın yekun uzunmüddətli reytinqi əvvəlki kimi Azərbaycanın suveren reytinqinə uyğundur".
#Fitch Ratings teqi istifadə olunub
- "Fitch" SOCAR-ın müstəqil kredit profilini bir pillə artıraraq "bb" səviyyəsinə çatdırıb - Baku TV
- Kreditləşmənin artmasının yaratdığı risk | Bankların nəzərinə
- Azərbaycanda neft və qazla bağlı proqnoz | 2025-ci ildə...
- "Fitch"in SOCAR-la bağlı proqnozu açıqlandı | 2025-ci ilə qədər...
- Kredit reytinq agentliyindən Azərbaycanla bağlı proqnoz
