24 faizlik eniş və milyardlarla zərər | Məşhur rəhbərin gizli eşqi texnologiya nəhəngini çökdürür?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkəti ətrafında qalmaqal davam edir. Məsələnin öz təsdiqini tapmış tərəfi şirkətin həmtəsisçisi və keçmiş baş icraçı direktoru, tayvanəsilli Censen Huanqın nikahdankənar münasibətləridir. C.Huanq bunu qəbul edib və üzr də istəyib. Digər tərəfdən isə xarici kəşfiyyatla əlaqələr və ABŞ-nin çip ixracatı qadağalarının pozulması ilə bağlı iddialar yayılıb.
“The New York Times” qəzetinin dərc etdiyi araşdırmaya görə, ABŞ-nin kəşfiyyat orqanları Censen Huanqın Çin kəşfiyyatının hədəfində olduğunu müəyyən edib. C.Huanqın münasibətdə olduğu Çin vətəndaşı, iş qadını Elis Huanqın Çinin xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyi güman edilir. Qeyd edilənlərin yalnız Censen Huanqın nikahdankənar münasibətləri ilə bağlı hissəsi öz təsdiqini tapsa da, baş verənlər heç də buna adekvat görünmür. C.Huanqın istefa verməsi də vəziyyəti düzəltməyib və noyabrın əvvəli ilə müqayisədə “Nvidia”nın səhmləri təxminən 24 faiz ucuzlaşıb.
Şirkətin səhmlərinin əksər hissəsi ABŞ-də yerləşən iri investorlara məxsusdur. Lakin ümumi səhmdarların coğrafiyası genişdir və sırada Azərbaycan da yer alıb. Dövlət Neft Fondunun 2026-cı ilin birinci yarısı üzrə açıqlamasına görə, “Nvidia”ya edilmiş səhm investisiyalarının dəyəri 817 milyon dollar təşkil edib. Bu baxımdan səhmlərin ucuzlaşması Azərbaycan üçün də aktualdır.
İqtisadçı Xalid Kərimli bildirib ki, ilin əvvəli ilə müqayisədə bu vəziyyətin Azərbaycana illik təsiri təqribən 100 milyon dollar ətrafındadır. Lakin bu məbləğ hələ reallaşmış zərər hesab edilmir.
Onun sözlərinə görə, səhm bazarında qiymətlərin həm artması, həm də azalması gündəlik ticarət prosesinin bir hissəsidir və investorlar bu riskləri nəzərə alırlar.
İqtisadçı qeyd edib ki, əgər Dövlət Neft Fondu “Nvidia” şirkətindəki səhm ehtiyatını azaltmaq qərarına gələrsə, bu zaman mövcud fərq reallaşmış zərərə çevrilə bilər.
#ABŞ teqi istifadə olunub
- ABŞ İran ərazisində raket buraxılış məntəqəsini hədəfə alıb - Baku TV CANLI
- Üçlü görüş ərəfəsində ABŞ-Çin texnoloji savaşı qızışır?
- ABŞ Çinin Amerika çiplərinə çıxışını necə məhdudlaşdırmaq istəyir? - Baku TV CANLI
- "Bu, Çin üçün böyük zərbə deməkdir" - Pekin üçün ən həssas texnoloji məsələ nədir? - Baku TV
- Tehran vasitəçilərlə görüş öncəsi Amerika hərbi obyektini hədəf aldı
