Geotermal enerji elektrik və istilik üçün necə istifadə oluna bilər? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2027-ci ildə ölkədə iki geotermal layihənin işlənməsinə başlamağı planlaşdırır.
Bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
Onun sözlərinə görə, SOCAR-ın fəaliyyət istiqamətlərindən biri enerji keçididir.
Əfqan İsayev bildirib ki, SOCAR 2035-ci ilədək karbohidrogen biznesini və aşağı karbonlu fəaliyyət istiqamətlərini əhatə edən balanslaşdırılmış portfelə malik enerji şirkətinə çevrilməyi hədəfləyir.
O vurğulayıb ki, SOCAR geotermal ehtiyatların mənimsənilməsi üçün quyu qazma sahəsindəki təcrübəsindən istifadə etməyi, eləcə də İtaliya şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.
Vise-prezident qeyd edib ki, Neftçala rayonunda geotermal enerjidən həm elektrik enerjisi istehsalı, həm də mərkəzləşdirilmiş istilik təchizatı üçün istifadə potensialı mövcuddur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın İtaliya şirkətləri ilə iş birliyi təbii qazdan başqa nələri əhatə edir? - Baku TV
- SOCAR, BP və İsrailin daxil olduğu konsorsium Aralıq dənizində seysmik tədqiqatları başa çatdırıb
- Sənəd seysmoloji məlumatların emalı sahəsində əməkdaşlığı nəzərdə tutur - Baku TV
- “Star” NEZ illik nə qədər xam neft emalı gücünə malikdir? - Baku TV
- STAR neft zavodu sentyabrda nə qədər aviasiya yanacağı istehsal edib? - Baku TV
