Mikayıl Cabbarov SOCAR-ın yeni vitse-prezidentləri ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təyin olunan vitse-prezidentlərlə görüş keçirilib.
SOCAR-dan verilən xəbərə görə, şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni təyinatları münasibətilə vitse-prezidentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Mikayıl Cabbarov ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişləri rəhbər tutaraq bundan sonra da əzmlə çalışmağın vacibliyini vurğulayıb.
Nazir SOCAR-ın Müşahidə Şurasının son iclasında şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə yeni əməliyyat modelinin təsdiqləndiyini, şirkətin təşkilati strukturunun və daxili proseslərinin inkişaf etdiriləcəyini diqqətə çatdırıb.
M.Cabbarov eyni zamanda yeni əməliyyat modelinin SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsinə, biznesin dayanıqlılığına və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılmasına xidmət edəcəyini qeyd edib.
Vitse-prezidentlər çıxışlarında onlara göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
