Dünyada 3 ədəd olacaq zavodun birinin təməli İmişlidə qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli rayonunda yeni müəssisənin – pivəlik arpa emalı zavodunun təməli qoyulub.
Layihənin məqsədi Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılmasıdır.
Yeni müəssisə İmişli Şəkər Zavodunun ərazisində, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin iştirakı ilə inşa olunacaq. Burada ilkin mərhələdə illik 11 min ton, sonrakı mərhələdə isə 17 min ton pivəlik arpa (malt) emal ediləcək. Zavod Azərbaycanın pivə istehsalçılarının xammala olan tələbatını tam ödəyəcək.
İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə pivəlik arpa üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq.
#İmişli teqi istifadə olunub
- İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR
- Masallı və İmişlidə böyük əməliyyat | Külli miqdarda narkotik götürüldü - Baku TV CANLI
- İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV
- İmişlidə yeni açılan DOST filialı yerli sakinlərə operativ xidmət təmin edəcək - Baku TV
- İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV
