Pleyeri seçin:
Energetika Nazirliyi SOCAR-la bağlı məlumat yaydı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“2023-cü ilin yanvar-iyul aylarında SOCAR Azərbaycanda 5,1 milyard kubmetr qaz hasil edib. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faizə yaxın çoxdur”.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Həmçinin bildirilib ki, son 7 ayda SOCAR-ın neft və kondensat hasilatı 4,5 milyon ton təşkil edib. Hasilatın 1,7 milyon tonu ixraca nəql edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfəyə yaxın artım deməkdir.
Beləliklə, hesabat dövründə SOCAR-ın ölkənin qaz hasilatında payı 17 faizdən 18 faizə qalxıb. Şirkətin həmçinin neft və kondensat hasilatında payı 24 faizdən 25 faizə, bu məhsulların ixracında isə 6 faizdən 11 faizə yüksəlib.
Kopyalandı
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
- Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV
- Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV
