Pleyeri seçin:

“Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə hazırlanan xalçaların kəsim mərasimi

18 sentyabr 2024 425 baxış

Dövlət Neft Şirkəti ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlığı nəticəsində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə hazırlanan eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.

Bu barədə Dövlət Neft Şirkətinin rəsmi səhifəsində məlumat yayılıb. Məlumata görə, SOCAR-ın Baş ofisində təşkil olunan mərasimdə yeni kolleksiya ilə bağlı təqdimat edilib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf 2024-cü ilin müstəqil Azərbaycan tarixində mühüm əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlamətdar olduğunu vurğulayıb.

Rövşən Nəcəf xalqımızın Ümummilli Lideri, enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə imzalanan bu tarixi sənədin ölkəmizin hərtərəfli və dayanıqlı tərəqqisini təmin etməklə yanaşı, regional əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

SOCAR prezidenti bu əlamətdar hadisə ilə bağlı il ərzində SOCAR tərəfindən silsilə tədbirlərin təşkil edildiyini, bu xüsusda, enerji siyasətimizdən bəhs edən markaların, “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş limitli xalça kolleksiyasının hazırlandığını qeyd edib.

Daha sonra “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək Azərbaycan xalq-tətbiqi sənəti və onun mühüm qolu olan xalçaçılığın milli mədəniyyət tariximizdə özünəməxsus yer tutduğunu vurğulayıb.

O, “Azərxalça” ASC ilə SOCAR arasındakı səmərəli əməkdaşlığın bu sahənin inkişafına mühüm töhfə verdiyini bildirib.

“Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli inkişafında önəmli rola malik olduğunu vurğulayan İdarə Heyətinin sədri bu əlamətdar hadisənin 30-cu ildönümü münasibətilə eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların hazırlandığını diqqətə çatdırıb.

SOCAR ilə “Azərxalça” arasında səmərəli əməkdaşlığın mövcud olduğunu deyərək, birgə fəaliyyətin gələcəkdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib. Daha sonra xalçaların kəsim mərasimi keçirilib.

Yarım milyonluq tenderin qalibi | "Qara siyahı"da olan şirkət dövlət satınalmalarında iştirak edib?

Yarım milyonluq tenderin qalibi | "Qara siyahı"da olan şirkət dövlət satınalmalarında iştirak edib?

İqtisadiyyat
29 sentyabr 2026 425 baxış
Şəhərsalmanın yeni istiqamətləri: “Zaha Hadid Architects”in iştirakı ilə Bakıda müzakirə - Baku TV

Şəhərsalmanın yeni istiqamətləri: “Zaha Hadid Architects”in iştirakı ilə Bakıda müzakirə - Baku TV

İqtisadiyyat
29 sentyabr 2026 425 baxış
SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV

SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV

İqtisadiyyat
29 sentyabr 2026 425 baxış
ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV

ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV

İqtisadiyyat
28 sentyabr 2026 425 baxış
SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV

SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV

İqtisadiyyat
28 sentyabr 2026 425 baxış
Rövşən Nəcəf Qordon Birrel və Cio Kristofoli ilə görüşüb - Baku TV

Rövşən Nəcəf Qordon Birrel və Cio Kristofoli ilə görüşüb - Baku TV

İqtisadiyyat
27 sentyabr 2026 425 baxış
Beynəlxalq investorlar bir arada | Qala gecəsindən görüntülər - Baku TV

Beynəlxalq investorlar bir arada | Qala gecəsindən görüntülər - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 425 baxış
Bakıda mühüm tədbir | II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu niyə önəmlidir?

Bakıda mühüm tədbir | II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu niyə önəmlidir?

İqtisadiyyat
26 sentyabr 2026 425 baxış
Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV

Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 425 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti - Baku TV

İqtisadiyyat
26 sentyabr 2026 425 baxış
Seçilmişlər
icon