Ezamiyyə xərcləri neçə manat oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Ezamiyyə xərclərinin normaları dəyişib.
Bu barədə Nazirlər Kabineti qərar verib. Dəyişikliyə əsasən, ölkə ərazisində ezamiyyə xərcləri Bakı şəhərində 125, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat olacaq.
Qeyd edək ki, indiyə qədər ölkə ərazisində ezamiyyə xərclərinin birgünlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat olub.
Ölkə ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş birgünlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edibsə, dəyişikliyə əsasən, bu göstərici 70 faizə endirilib.
#Azərbaycan Respublikasının Nazirlər Kabineti teqi istifadə olunub
- Azərbaycanda nikahdan əvvəl yaradılan ittifaqlar bu kateqoriyaya aid ediləcək - 24 SAAT
- Məktəblərdə müəllimlərin geyimi üçün yeni işgüzar tələblər müəyyənləşdirildi
- Müəllimlərin geyiminə yeni tələblər qoyuldu: nələr dəyişir? - Baku TV CANLI
- Məktəbdə geyim qaydaları ilə bağlı yeni yanaşma gündəmdədir - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
