Pleyeri seçin:

Görüləcək işlər açıqlandı | “Yaşıl enerji”nin inkişafının ilk mərhələsi nə vaxt tamamlanacaq?

03 iyun 2025 606 baxış

“Azərbaycan növbəti iki il ərzində ”yaşıl enerji” sahəsinin inkişafının birinci mərhələsini tamamlayacaq”.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istifadəyə verilməsi ilə yaşıl enerji inkişafının birinci mərhələsini tamamlayacaq:

”240 MVt gücündə külək elektrik stansiyası 2025-ci ilin sonuna qədər tamamlanacaq. Ümumi gücü 1 240 MVt olan 4 əlavə stansiyanın təməli qoyulub. Bu il ümumi gücü 200 MVt olan daha 3 günəş stansiyasının tikintisinə başlayacağıq və 100 MVt gücündə üzən günəş enerjisi layihəsi üçün hazırlıq işləri aparılır. Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları olan bu layihələrlə 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış gücündə bərpa olunan enerji payının 33,7 %-ə çatacağı gözlənilir”.

Nazir deyib ki, Azərbaycanda bu rəqəmin 2030-cu ilə qədər 38 %-ə çatdırılması nəzərdə tutulur: “Növbəti 5 ildə 6 QVt-dan çox “yaşıl enerji” gücü — həm quruda, həm də dənizdə — inkişaf etdiriləcək və bunun 4 QVt-ı ixrac üçün nəzərdə tutulub”.

Banner
Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

İqtisadiyyat
28 oktyabr 2026 606 baxış
SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 606 baxış
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 606 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 606 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 606 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 606 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 606 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 606 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 606 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 606 baxış
Seçilmişlər
icon