Pleyeri seçin:
İlham Əliyev Rusiya ilə əməkdaşlıq məsələlərindən danışdı
“Bu gün təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik. Həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi məsələsi bir daha ətraflı müzakirə edilib və hökumət üzvlərinə müvafiq təlimatlar verilib:
“Düşünürəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq”.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV
- Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV
- Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV
- Prezidentin Şamaxıya səfərinin yekunları
- Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV
