İlham Əliyevin Yaxın Şərq strategiyası | Rizvan Nəbiyevdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Qaz sektorunda olan bu əməkdaşlıq iki qardaş ölkəni yenidən bir araya gətirdi. Suriyaya qaz ixracı təkcə Azərbaycan və Türkiyə arasında olan əməkdaşlıq deyil, bu, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının 4 üzvünü bir araya gətirir”.
Bu sözləri Baku TV-yə açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
“Çünki burada Qətər və Suriyanı görürük. Sözügedən addım Azərbaycanın xarici siyasətində enerji məsələlərindən ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində necə istifadə edilməsinə bariz nümunədir”, ‒ deyə o əlavə edib.
Deputatın sözlərinə görə, Azərbaycan qazının Suriyaya ixracı nəticəsində adıçəkilən ölkənin 5 milyon əhalisinin enerji təchizatı yaxşılaşdırılacaq:
“Suriyadakı bugünkü inkişaf təkcə Yaxın Şərq bölgəsində deyil, ümumilikdə Ərəb dünyasında və qlobal miqyasda diqqət mərkəzindədir”.
#Rizvan Nəbiyev teqi istifadə olunub
- Millətçilik və parçalanma dalğası yüksəlir | Polşada nələr baş verir?
- Polşada siyasi qarşıdurma pik həddə: Prezident və hökumət arasında nələr baş verir? - Baku TV
- ”Bu, beynəlxalq praktikada nadir olan hadisədir” | Bakı ədaləti necə bərpa etdi? - Baku TV
- Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV
- Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV
