İnkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretskiy ilə görüşüb.
Görüşdə Azərbaycanla Ukrayna arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu xüsusda SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti qeyd olunub.
Söhbət zamanı şirkətlər arasında mövcud əməkdaşlığın cari vəziyyətinə, inkişaf perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Ukrnafta" Ukraynanın neft və qaz hasilatı, həmçinin satışı ilə məşğul olan şirkətdir. Şirkət ölkənin müxtəlif regionlarında xüsusilə Sumı, Poltava, Çerniqov kimi vilayətlərində 86 hasilat və 3 geoloji kəşfiyyat lisenziyasına malikdir. Ölkənin yanacaq-enerji kompleksində mühüm strateji rol oynayır və ən böyük neft hasilatçısı hesab olunur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
