Kreditlə bağlı qaydalar sərtləşdirildi | Hansı dəyişikliklər edildi?
Azərbaycanda vətəndaşların kredit götürməsi ilə bağlı qaydalar sərtləşdirilib. Mərkəzi Bank istehlak kreditlərinə yeni məhdudiyyətlər tətbiq edib.
Yeni qaydalara əsasən, bir nəfərin kredit kartı ilə götürə biləcəyi pul onun vergi çıxılandan sonra aldığı maaşın ən çoxu 5 misli qədər ola bilər. Bu zaman həmin şəxsin digər banklara olan borcları da nəzərə alınacaq. Banklar isə ümumilikdə bu limitdən artıq kredit verdikdə birinci dərəcəli kapitalının cəmi 1 faizdən çox olmamalıdır.
Mərkəzi Bankdan bildirilib ki, bu dəyişikliklər həm vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq, həm də bankların maliyyə dayanıqlığını qorumaq məqsədi daşıyır. Yeni sistem insanın həqiqi ödəmə gücünü daha düzgün qiymətləndirməyə və riskləri vaxtında müəyyənləşdirməyə imkan verəcək.
#İstehlak kreditləri teqi istifadə olunub
- İstehlak kreditlərinə tələbat artıb | Rəqəmlər 10 milyardı keçib - Baku TV
- Kreditlərin verilməsində artım | Kreditləşmənin səviyyəsi ÜDM-ə uyğundur? - Baku TV
- Kreditləşmənin artmasının yaratdığı risk | Bankların nəzərinə
- Daha çox kredit götürməyin səbəbi bahalaşmadır | İqtisadçılardan mühüm açıqlama
- İstehlak kreditlərinin məhdudlaşdırılma səbəbi
