Layihə "Esyasoft" şirkəti ilə birgə icra olunur - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi və Birləşmiş Ərəb Əmirliklərinin "Esyasoft" şirkəti tərəfindən birgə icra olunan "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinə rəsmi olaraq start verilib.
Bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, bununla bağlı keçirilən tədbirdə panel müzakirələri və layihənin təqdimatı baş tutub.
Görüş zamanı layihənin "Azəriqaz"a, müştərilərə və ümumilikdə qaz təsərrüfatının idarə olunmasına verəcəyi dəyərlər, tətbiq olunacaq rəqəmsal texnologiyalar və mərhələli icra planı barədə məlumat təqdim olunub.
Vurğulanıb ki, layihə qaz şəbəkəsinin idarə olunmasında şəffaflığı, operativliyi və müasir texnoloji həllərin tətbiqini gücləndirməklə "Azəriqaz"ın rəqəmsal transformasiyasında mühüm rol oynayacaq.
Qeyd edək ki, 2025-ci ildə "Azəriqaz" və "Esyasoft Holding" LTD şirkəti arasında ağıllı qaz şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
