Pleyeri seçin:
Mərasimdə SABAH.HUB nümayəndələri də çıxış edib - Baku TV
SABAH.HUB İnnovasiya Mərkəzində SOCAR-ın İnnovasiya Laboratoriyasının açılış mərasimi keçirilib.
Tədbir zamanı SOCAR və SABAH.HUB nümayəndələri çıxış edərək laboratoriyanın əhəmiyyəti barədə danışıblar.
Bu çərçivədə laboratoriyanın əməkdaşlara və layihə komandalarına müasir infrastrukturdan istifadə etmək, yeni ideyalar formalaşdırmaq, həmçinin innovasiya ekosisteminə daha yaxından inteqrasiya olunmaq imkanı yaradacağı vurğulanıb.
Qeyd edək ki, SABAH.HUB müxtəlif sahələrdə yeni startapların yaranmasına və inkişaf etməsinə dəstək olan innovasiya mərkəzidir. Məqsədi Azərbaycanda rəqabətli ekosistem yaradaraq iqtisadi inkişafa töhfə vermək və regionun innovasiya mərkəzinə çevrilməkdir.
Kopyalandı
