Mərkəzi Bank proqnozlarına dəyişiklik etdi | İqtisadi artımla bağlı isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankı proqnozlarına dəyişiklik edib.
Belə ki, 2025-ci ilin iyul proqnozlarına görə, ölkədə illik inflyasiyanın bu il 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı gözlənilir. Halbuki apreldə 2025-ci il üzrə illik inflyasiyanın 5,3 faiz, 2026-cı ildə 4,3 faiz ətrafında olacağı proqnozlaşdırılmışdı.
Həmçinin Milli Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərara həsr olunan mətbuat konfransında 2025-ci ildə ölkə iqtisadiyyatının 3 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,2 faiz böyüyəcəyinin gözlənildiyini bildirib.
Halbuki aprel ayında qurum 2025-ci ildə iqtisadi artım gözləntisinin 3,3 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,7 faiz olacağını açıqlamışdı.
#Mərkəzi Bank teqi istifadə olunub
- Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV
- Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
