Pleyeri seçin:

Mərkəzi Bank uçot dərəcəsini artırdı

29 mart 2023 432 baxış

Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,75%-ə qaldırılıb. Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin fevralında 0,6% azalma ilə 2022-ci ilin martında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşüb. İllik əsasda 8,1% azalıb. Bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir.

Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də, cari ilin fevralında 15,7% təşkil edib. İlin əvvəlindən qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilən qərar inflyasiya gözləntilərinə təsir edə bilər. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır.

İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. 2023-cü ilin fevralından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıb. Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvarla müqayisədə 371 mln. manat artıb.

Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa, pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq.

Yeni uçot dərəcəsi martın 30-dan qüvvəyə minir. Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə mayın 3-də açıqlanacaq.

SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 432 baxış
Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

İqtisadiyyat
18 sentyabr 2026 432 baxış
Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 432 baxış
2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 432 baxış
“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

İqtisadiyyat
17 sentyabr 2026 432 baxış
“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi keçirildi - Baku TV

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi keçirildi - Baku TV

İqtisadiyyat
17 sentyabr 2026 432 baxış
Sahibkarlar üçün yeni dəstək mexanizmi qüvvəyə mindi - Baku TV

Sahibkarlar üçün yeni dəstək mexanizmi qüvvəyə mindi - Baku TV

İqtisadiyyat
17 sentyabr 2026 432 baxış
Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir

Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir

İqtisadiyyat
16 sentyabr 2026 432 baxış
Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV

Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV

İqtisadiyyat
16 sentyabr 2026 432 baxış
Sahibkarlar üçün daha əlverişli və bərabər bazar şəraiti formalaşacaq - Baku TV

Sahibkarlar üçün daha əlverişli və bərabər bazar şəraiti formalaşacaq - Baku TV

İqtisadiyyat
15 sentyabr 2026 432 baxış
Seçilmişlər
icon