Pərviz Şahbazov Braziliyada çıxış etdi | Azərbaycanın əsas məqsədi…
Yeniliklərdən dərhal xəbərdar olun
Energetika naziri Pərviz Şahbazov Braziliyanın G20-yə sədrliyi çərçivəsində keçirilən “Təmiz Enerji və İnnovasiyalar üzrə Nazirlər” iclasında çıxış edib.
Nazir COP29-a ev sahibliyi edəcək Azərbaycanın ədalət və bərabərliyə əsaslanan, bütün ölkələrin faydalana biləcəyi enerji keçidinə nail olmaq məqsədi və bu xüsusda təşəbbüslərindən bəhs edib.
Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu COP29-un “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Vədi” zəngin bərpa olunan enerji resursları olan bölgələrdə sıfır emissiyalı “yaşıl enerji məkan”larının, eləcə də xərclərin azalmasına yol açan uzun məsafələrdə enerji təchizatı üzrə tələb və təklif mərkəzləri arasında müxtəlif ötürücü infrastrukturlarının yaradılması üzrə fəaliyyətimizdən irəli gəlir.
“Azərbaycan “yaşıl enerji” ölkəsinə transformasiyada qətiyyətlidir və qlobal enerji keçidini irəli aparmaq əzmindədir”, – deyə nazir əlavə edib.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
- Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV
