Prezident: "Azerilight" "Brend" markalı neftdən dəyərlidir
Yeniliklərdən dərhal xəbərdar olun
"Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastruktur buna imkan verir".
Bu fikri Prezident İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
Bakı-Tbilisi-Ceyhanla neft nəqlinin həcminin artırılması ilə əlaqədar problemin yekun məhsulun keyfiyyəti ilə bağlı ola biləcəyini vurğulayan dövlət başçısı bildirib: “Çünki Qazaxıstan nefti “AzeriLight” markasından fərqlidir və əgər Bakı-Tbilisi-Ceyhan vasitəsilə böyük neft həcmi nəql olunarsa, biz keyfiyyətdə itirəcəyik. Çünki Bakı-Tbilisi-Ceyhanla ixrac etdiyimiz “AzeriLight” markalı neft hətta “Brent” markalı neftdən də dəyərlidir".
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
