Pleyeri seçin:

Qara Dəniz Ticarət və İnkişaf Bankı "SOCAR Trading"ə nə qədər maliyyə vəsaiti ayırdı? - Baku TV

20 mart 2026 677 baxış

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) "SOCAR Trading" şirkətinə 25 milyon ABŞ dolları məbləğində əlavə maliyyə vəsaiti ayırıb.

Bank "SOCAR Trading" üçün bundan əvvəl ayrılmış kredit çərçivəsində əlavə tranşı təsdiqləyib və müvafiq saziş imzalayıb.

Qeyd etmək lazımdır ki, 50 milyon ABŞ dolları məbləğində ilkin ticarət maliyyələşməsi layihəsi hələ 2019-cu ildə təsdiqlənib. Nəticədə, QDTİB-nin "SOCAR Trading" üçün təsdiqlədiyi maliyyələşmənin ümumi məbləği 75 milyon ABŞ dolları təşkil edib.

Bu layihə QDTİB-nin 2019-2022-ci illəri əhatə edən Ortamüddətli strategiyası və biznes planında təsbit edilmiş regional əməkdaşlıq mandatını yerinə yetirmək potensialına malikdir. Bu isə Rusiya və Türkiyə arasında ticarət axınlarının artırılması, eləcə də Türkiyə ərazisində yeni neft emalı müəssisəsi üçün təchizatı təmin etməklə strateji inkişaf məqsədlərinə dolayı yolla dəstək göstərilməsi sayəsində mümkündür.

Əməliyyat "SOCAR Trading"in avans ödənişlərinin maliyyələşdirilməsini, eləcə də Azərbaycan və Rusiyadan xam neft və neft məhsullarının göndərilməsindən sonra ixracın maliyyələşdirilməsini nəzərdə tutur. Vəsait İzmirdəki yeni STAR neft emalı zavodu üçün tədarükün təmin edilməsinə, eləcə də Xəzər xam neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə beynəlxalq bazarlara çıxarılmasına yönəldilir.

Banner

#Qara Dəniz Ticarət və İnkişaf Bankı teqi istifadə olunub

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 677 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 677 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 677 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 677 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 677 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 677 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 677 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 677 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 677 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 677 baxış
Seçilmişlər
icon