Qiymətlərə nələr təsir edir? - Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşma ölkə daxilində qiymət artımına bu il 2,57 faiz bəndi, gələn il isə 1,74 faiz bəndi artırıcı təsir göstərə bilər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Daxili amillərə gəlincə isə inflyasiyaya dövlət və ev təsərrüfatlarının istehlakının bu il 1,5 faiz bəndi, gələn il isə 2 faiz bəndi artırıcı təsir göstərməsi gözlənilir", ‒ deyə o qeyd edib.
Bundan başqa, baş bankir əlavə edib ki, bu il dövlət büdcəsinin xərcləri inflyasiyaya 0,43 faiz bəndi artırıcı təsiri ola bilər.
AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,3 % ətrafında olacağı gözlənilir.
#Mərkəzi Bank teqi istifadə olunub
- Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV
- Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
