Qlobal iqlim dəyişikliyinə töhfə | SOCAR-ın tərəfdaşlığa qoşulmasının önəmi
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək, “Neft Qaz Metan Tərəfdaşlığı”na (“OGMP 2.0”) qoşulub.
Bu barədə qurumun rəsmi səhifəsində məlumat yayılıb. Bildirilib ki, bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.
Belə ki, “Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulma SOCAR-ın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə verdiyi töhfənin bir hissəsi olmaqla, şirkətin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının məqsədlərinə xidmət edir.
Qeyd edək ki, “Neft Qaz Metan Tərəfdaşlığı”nı 2014-cü ildə BMT-nin Ətraf Mühit Proqramı təsis edib. Proqram neft-qaz sənayesində metan emissiyalarına dair əhatəli ölçmə, emissiyaların azaldılması və hesabatlılığı özündə əks etdirən beynəlxalq platformadır. Məqsədi metan emissiyaları haqqında dolğun məlumatların əldə edilməsi, emissiyaların azaldılması fəaliyyətinin təşviq olunması və ən yaxşı təcrübələrin tətbiqi ilə şəffaf hesabatlılığın aparılmasıdır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
