Pleyeri seçin:
"Azərbaycan qazı Yaxın Şərqə rəqabətli şərtlərlə çatdırılır" | İqtisadiyyat nazirindən açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxın Şərq bazarında, ümumiyyətlə, bu coğrafiyada Azərbaycan qazına olan ehtiyac, eyni zamanda Azərbaycan qazının rəqabətli şərtlərlə Suriyaya nəqli imkanı bu layihə ilə təsbit edilib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycandan Türkiyə üzərindən Suriyaya qazın nəqletmə mərasimi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlaması zamanı bildirib.
“Bu müqavilənin reallaşması ilə bağlı türkiyəli qardaşlarımıza, həmkarlarımıza təşəkkürümü bildirmək istəyirəm. Çünki bu qazın tranziti üçün onlar münbit şərait yaradıblar. Gələcəkdə bu geniş coğrafiyada SOCAR şirkətinin fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq”, ‒ deyə nazir bildirib.
Kopyalandı
#Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi teqi istifadə olunub
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV
