Pleyeri seçin:

"Azərenerji" Naxçıvanda böyük layihəni gerçəkləşdirir | İşlər nə vaxt bitəcək?

19 sentyabr 2025 554 baxış

"Azərenerji" ASC Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini tamamilə yenidən qurmaq məqsədilə irimiqyaslı layihəyə start verib. Müasir infrastrukturun yaradılması hədəflənən layihə çərçivəsində istismar müddətini başa vurmuş "Babək", "Çeşməbasar" və "Naxçıvan" yarımstansiyaları tamamilə sökülərək ən son texnologiyalar əsasında yenidən inşa edilir. Regionun rəqəmsal enerji idarəetməsinə keçidini təmin edəcək Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin qurulması da bu yenidənqurma prosesinin əsas tərkib hissəsidir. Layihə çərçivəsində həmçinin ötən əsrin ortalarından qalan hava elektrik verilişi xətləri sökülür və "Culfa", "Ordubad-1", "Ordubad-2" istiqamətlərində 68 kilometrlik yeni yüksəkgərginlikli ötürmə xətləri çəkilir. "Azərenerji" Naxçıvan Enerji Şəbəkəsinin rəhbəri Məhərrəm Abbasovun verdiyi məlumata görə, bütün bu strateji işlərin 2027-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bu tədbirlər regionun enerji dayanıqlılığını artırmaqla bərabər, sənaye və sosial obyektlərin fasiləsiz elektrik təminatına zəmanət verəcək.

Banner
Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

İqtisadiyyat
28 oktyabr 2026 554 baxış
SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 554 baxış
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 554 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 554 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 554 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 554 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 554 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 554 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 554 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 554 baxış
Seçilmişlər
icon