Pleyeri seçin:

"Biznes Mərkəzi Klubu"nun təşkilatçılığı ilə Beynəlxalq Pərakəndə Zirvəsi 2024 tədbiri keçirildi

23 sentyabr 2024 246 baxış

Bakıda ilk dəfə olaraq Beynəlxalq Pərakəndə Zirvəsi keçirilib.

Biznes Mərkəzi Klubunun təşkilatçılığı ilə keçirilmiş tədbirə yerli və xarici ölkələrdən tanınmış iş adamları qatılıblar.

Tədbiri giriş nitqi ilə açan Biznes Mərkəzi Klubunun İdarə Heyətinin sədri Rüfət Nadirli bildirib ki, Beynəlxalq Pərakəndə Zirvəsinin keçirilməsində məqsəd pərakəndə sektorda fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin yaradılması, qarşılıqlı əməkdaşlığın formalaşdırılmasıdır.

Bu baxımdan tədbirin keçirilməsində böyük səylərin göstərildiyini diqqətə çatdıran natiq sahibkarların dəstəyini də vurğulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, hazırda dünyada aktual mövzulardan biri rəqəmsal hökumətin qurulması, eyni zamanda elektron ticarətin inkişaf perspektivləridir.

Digər millət vəkili Müşfiq Cəfərov isə Azərbaycanın pərakəndə ticarət dövriyyəsinin göstəricilərindən danışaraq onun artırılmasının vacibliyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin şöbə müdiri Altun Yasinli və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Beynəlxalq Pərakəndə Zirvəsinin əhəmiyyətindən bəhs edərək tədbirin sahibkarlar arasında korporativ əlaqələrə və pərakəndə sektorda fəaliyyət göstərən mikro, kiçik və orta biznesin inkişafına töhfə verdiyini vurğulayıblar.

Beynəlxalq Pərakəndə Zirvəsində daha sonra 3 istiqamətdə panel müzakirələri aparılıb. Yerli və xarici sahibkarlar arasında müxtəlif mövzularda diskussiyalar edilib.

Tədbirdə həmçinin bədii hissə olub. Eyni zamanda bir qrup şirkət təşəkkürnamə ilə təltif edilib. Bundan başqa, viktorina keçirilib və qaliblər İstanbul və Dubaya səhayət paketləri ilə mükafatlandırılıb. Qeyd edək ki, Beynəlxalq Pərakəndə Zirvəsinin hər il keçirilməsi nəzərdə tutulub. Qarşıdakı illərdə tədbirə daha çox xarici ölkədən sahibkarların qatılması planlaşdırılıb. 

Banner
Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

İqtisadiyyat
28 oktyabr 2026 246 baxış
SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 246 baxış
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 246 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 246 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 246 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 246 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 246 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 246 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 246 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 246 baxış
Seçilmişlər
icon