Pleyeri seçin:

"Equinor" payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırdı

25 iyul 2024 288 baxış

Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi layihəsində 50% payının SOCAR-a satılması üzrə sövdələşməni başa çatdırıb.

Bu barədə “Equinor” şirkətindən məlumat verilib.

“SOCAR-a “Qarabağ” layihəsində 50% payın satışı üzrə sövdələşmə 2024-cü il aprelin 24-də başa çatıb”, – şirkətin materiallarında bildirilib.

Eyni zamanda “Equinor” 2024-cü ilin sonuna qədər “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni tamamlamağı planlaşdırdığını qeyd edir.

Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR-la “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan və “Qarabağ” layihələri də daxil olmaqla Azərbaycandakı portfelinin satışına dair Saziş imzalayıb.

Qeyd edək ki, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27%, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71%, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50%-i satıb. Sövdələşmədən əvvəl SOCAR-ın AÇG-də iştirak payı 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.

“Qarabağ” yatağı Bakıdan 130 km şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metrdir.

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV

İqtisadiyyat
01 oktyabr 2026 288 baxış
Gəlir vergisi yükünün birdən artmaması üçün hansı tətbiq qaydası müəyyən edilib? - Baku TV

Gəlir vergisi yükünün birdən artmaması üçün hansı tətbiq qaydası müəyyən edilib? - Baku TV

İqtisadiyyat
01 oktyabr 2026 288 baxış
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 288 baxış
"Kredit faizində enişlər olsa idi..." | Banklardakı artıq vəsait faizlərə təsir edəcək? - Baku TV

"Kredit faizində enişlər olsa idi..." | Banklardakı artıq vəsait faizlərə təsir edəcək? - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 288 baxış
SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV

SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 288 baxış
Yarım milyonluq tenderin qalibi | "Qara siyahı"da olan şirkət dövlət satınalmalarında iştirak edib?

Yarım milyonluq tenderin qalibi | "Qara siyahı"da olan şirkət dövlət satınalmalarında iştirak edib?

İqtisadiyyat
29 sentyabr 2026 288 baxış
Şəhərsalmanın yeni istiqamətləri: “Zaha Hadid Architects”in iştirakı ilə Bakıda müzakirə - Baku TV

Şəhərsalmanın yeni istiqamətləri: “Zaha Hadid Architects”in iştirakı ilə Bakıda müzakirə - Baku TV

İqtisadiyyat
29 sentyabr 2026 288 baxış
SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV

SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV

İqtisadiyyat
29 sentyabr 2026 288 baxış
ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV

ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV

İqtisadiyyat
28 sentyabr 2026 288 baxış
SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV

SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV

İqtisadiyyat
28 sentyabr 2026 288 baxış
Seçilmişlər
icon