Pleyeri seçin:

"Yaşıl iqtisadiyyat" necə inkişaf etdirilir? - Nazir görülən işləri açıqladı

09 sentyabr 2024 410 baxış

“Azərbaycanda "Yaşıl iqtisadiyyat"ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi ilə yeni imkanlar açılır”.

Bunu İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, "yaşıl enerji" sahəsində dövlətin atdığı addımlar özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir.

"Bu çərçivədə həm dövlət, həm də özəl sektorda ekoloji layihələrin sayının artırılması zəruridir. Kiçik və orta biznes subyektləri (KOB) dayanıqlı infrastruktur yaratmağa və "yaşıl texnologiyalar"dan istifadə etməyə təşviq edilməlidir. Bu, həm iqtisadi artıma, həm də ekoloji səmərəliliyə töhfə verəcək.

KOB-ların bu keçiddə qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün onların güzəştli maliyyə resurslarına çıxışını genişləndirmək vacibdir. BMT-nin qiymətləndirməsinə görə, dünya üzrə aşağı karbonlu iqtisadiyyata keçid üçün hər il trilyonlarla ABŞ dolları tələb olunur.

"Yaşıl kredit"lər, "yaşıl istiqraz"lar, Ekoloji, Sosial, Korporativ İdarəetmə ilə əlaqəli maliyyə alətləri vasitəsilə, KOB-ların ekoloji və dayanıqlı layihələrə sərmayə qoymasını asanlaşdırmaq lazımdır. Yaşıl və dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və Sosial Məsuliyyətlilik hər bir şirkətdə idarəçiliyinin təməl prinsiplərini təşkil etməlidir.

Banklar və digər maliyyə təşkilatları da korporativ sosial məsuliyyət missiyasını yerinə yetirməlidir. Beynəlxalq praktikada olduğu kimi, kommersiya bankları öz fəaliyyətləri və kreditlərin verilməsi zamanı iqtisadi amillərlə yanaşı, ekoloji və iqlim amillərini nəzərə almalıdır", – deyə nazir qeyd edib.

Banner
Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 410 baxış
Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 410 baxış
SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 410 baxış
Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

İqtisadiyyat
10 noyabr 2026 410 baxış
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 410 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 410 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 410 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 410 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 410 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 410 baxış
Seçilmişlər
icon