Rövşən Nəcəf Bolqarıstanın energetika naziri ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyindəki rolu qeyd olunub.
Bu xüsusda ötən ay SOCAR-ın Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlamasından məmnunluq ifadə edilib.
Həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının ölkələrimizin enerji sektorunda əlaqələrinin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti, ölkəmizdən Bolqarıstana qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
