Rövşən Nəcəf Ren Vencun ilə görüşüb | Şirkətlərarası əməkdaşlıq müzakirə olunub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 22-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının "BGP Inc." şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə görüşüb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, SOCAR və "BGP Inc." şirkəti tərəfindən birgə təsis olunan “Caspian Geo” şirkətinin Xəzər regionunda qabaqcıl texnologiyalar əsasında seysmik tədqiqat işlərinin həyata keçirilməsində aparıcı mövqeyi xüsusi vurğulanıb.
Tərəflər cari layihələrin icrasına, əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılmasına və əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
