Rövşən Nəcəf San-Marinonun nümayəndə heyəti ilə qaz tədarükünü müzakirə edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 7-də SOCAR-ın prezidenti Rövşən Nəcəf San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti və Əmək, iqtisadi planlaşdırma, Muxtar Dövlət Kommunal Xidmətlər Korporasiyası ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə görüşüb.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olunub. Bu gün Azərbaycanın təbii qazının 16 ölkəyə ixrac edildiyi bildirilib.
Söhbət zamanı qonaqlara SOCAR-ın “yaşıl enerji” gündəliyi, “SOCAR Green” şirkətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüşdə tərəflər enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən təbii qaz tədarükü, bərpaolunan enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın perspektiv imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
