Səhmlərinin 51 faizi "SOCAR Türkiyə"yə aid olan "Petkim"in satış göstəriciləri - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə SOCAR-ın Türkiyədəki investisiyası olan “Petkim Petrokimya Holding” 38 milyard türk lirəsi dəyərində xarici satış həyata keçirib. Birbaşa ixracın dəyəri 18 milyard lirə, tranzit ixrac isə 20 milyard lirə təşkil edib.
“Report”un şirkətə istinadən yaydığı məlumata görə, il ərzində şirkətin ümumi investisiya məbləği 5,2 milyard lirə səviyyəsində olub. Məlumata görə, hesabat dövründə şirkətin xalis satış gəliri 89 milyard lirə təşkil edib.
“Petkim”in il ərzində ümumi satış həcmi 2,1 milyon ton olub. Bunun 773797 tonu qatı məhsulların, 1326511 tonu isə maye məhsulların payına düşüb.
Qeyd edək ki, “Petkim Petrokimya Holding”in səhmlərinin 51 faizi “SOCAR Türkiyə” şirkətinə aiddir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
