Səməd Bəşirli Azərbaycanın 2050-ci ilədək olan hədəflərini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bugünkü platformanın uğuru COP29 sədrliyinin, BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionunun və tərəfdaşlarımızın əvəzsiz töhfələri olmadan mümkün olmazdı”.
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.
O qeyd edib ki, COP29 postunda Azərbaycanın konkret öhdəlikləri var:
“Ölkələr ənənəvi olaraq iqlim dəyişikliyi qarşısında nə edilməli olduğunu müzakirə etməyə diqqət yetirsə də, COP29 gündəliyi enerji keçidi üçün mexanizmlər yaratmaqla daha konkret tədbirlərə doğru bir addım irəliləyir.
Ölkəmiz bütün maraqlı tərəflərin iştirakını təmin etməyə və bu prosesdə inklüziv müzakirələrin təşviqini qarşısına məqsəd qoyub. 1990-cı illə müqayisədə 2030-cu ilədək Azərbaycanda istilik effekti yaradan qaz emissiyalarının səviyyəsinin 35 % azaldılması hədəflənir”.
#Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi teqi istifadə olunub
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV
