Şirkətin əməkdaşları Geofizika və Geologiya İdarəsinə səfər ediblər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bilik və bacarıqlarının təkmilləşdirilməsi və daxili kommunikasiyanın gücləndirilməsi məqsədilə həyata keçirilən “Məlumatlandırma Günü” çərçivəsində SOCAR-ın əməkdaşları şirkətin Geofizika və Geologiya İdarəsinə səfər ediblər.
Bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində SOCAR-ın vitse-prezidenti Arzu Cavadova əməkdaşlarla görüşərək ətraflı fikir mübadiləsi aparıb. Daha sonra iştirakçılara Geofizika və Geologiya İdarəsinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və tətbiq olunan müasir texnologiyalar barədə məlumat verilib.
Sahə turu zamanı əməkdaşlar müxtəlif avadanlıqlarla yaxından tanış olub, geofizika və geologiya sahəsində aparılan iş proseslərini yerində müşahidə etmək imkanı əldə ediblər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
