Pleyeri seçin:

SOCAR 2035-ci ilə qədər nələri planlaşdırır? | Hikmət Abdullayevdən açıqlama

03 oktyabr 2024 423 baxış

Dövlət Neft Şirkəti 2035-ci ilə qədər aşağı karbonlu istiqamət hesabına layihə portfelini şaxələndirməyi planlaşdırır.

Bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü günündə keçirilən panel müzakirəsində deyib.

“SOCAR neft-qaz şirkətindən milli enerji şirkətinə necə çevriləcəyi ilə bağlı aydın baxışa malikdir. Hesab edirik ki, 2035-ci ilə qədər aşağı karbonlu layihələr və karbohidrogen hasilatı aktivləri hesabına şaxələndirilmiş portfelimiz olacaq”, – deyə o bildirib.

Hikmət Abdullayevin sözlərinə görə, şirkət həmçinin öz istixana qazı emissiyalarını analoqlar və beynəlxalq standartlarla müqayisə edilə bilən səviyyəyə endirməyi planlaşdırır.

H.Abdullayev qeyd edib ki, SOCAR “2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün” hər bir əsas aktivi üzrə yol xəritəsi hazırlayıb.

Qurum rəsmisinin sözlərinə görə, SOCAR gələn ilin may ayına qədər “Neft və Qaz Metan Tərəfdaşlığı” proqramı çərçivəsində öz hesabatını təqdim etməyi planlaşdırır.

Banner
Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV

Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 423 baxış
Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

İqtisadiyyat
28 oktyabr 2026 423 baxış
SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 423 baxış
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 423 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 423 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 423 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 423 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 423 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 423 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 423 baxış
Seçilmişlər
icon