SOCAR COP29-da geotermal enerjinin inkişafı üzrə işlərin nəticələrini açıqlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“SOCAR COP29 zamanı geotermal enerjinin inkişafı istiqamətində görülən işlərin nəticələrini açıqlayacaq”.
Bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində deyib.
O qeyd edib ki, SOCAR yaşıl enerji sahəsində ixtisaslaşmış “Lightsource BP” şirkəti ilə birgə işləyir. Bu şirkətlə 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.
Xatırladaq ki, 21 sentyabr 2023-cü ildə SOCAR şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Cəbrayıl rayonunda “Şəfəq” günəş elektrik stansiyası layihəsinə Qoşulma Sazişi imzalanıb, iyunun 3-də isə Energetika Nazirliyi və BP arasında layihənin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu 200 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
