SOCAR-da ehtiyatların idarə olunmasında yeni mərhələ | Təlimlərin açılış mərasimi
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-da həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verilib.
Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.
Birinci mərhələdə keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək, ikinci mərhələdə digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək.
Eyni zamanda ehtiyatların hesablanmasını icra edən əməkdaşlar üçün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təşkil olunacaq təlimlərin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Arzu Cavadova transformasiya layihəsinin strateji əhəmiyyətindən danışıb, ehtiyatların idarə olunmasının mərkəzləşdirilmiş qaydada aparılmasının vacibliyini vurğulayıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
