SOCAR-ın 2024-cü il üçün gəlir və xərcləri barədə rəqəmlər açıqlandı
Azərbaycan Dövlət Neft Şirkəti 2024-cü ili 2,927 milyard manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 41,2% çoxdur.
2024-cü il SOCAR-ın satışdan gəlirləri 84 milyard 689 milyon manat, satışının maya dəyəri 77 milyard 296 milyon manat, ümumi-inzibati xərcləri 2 milyard 252 milyon manat, paylaşdırma xərcləri isə 2 milyard 45 milyon manat təşkil edib.
Əmlak, tikili və avadanlıq silinməsi hesabına gəlirləri 15 milyon manat, sosial xərcləri 351 milyon manat, kəşfiyyat və qiymətləndirmə xərcləri 17 milyon manat, gözlənilən kredit gəlirləri 46 milyon manat olub.
2025-ci il yanvarın 1-nə SOCAR-ın aktivləri 94 milyard 701 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,6% çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 24% artaraq 46 milyard 44 milyon manata, balans kapitalı isə 39,6% artaraq 48 milyard 657 milyon manata çatıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV
- SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV
- ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV
- SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV
- Yeni tərəfdaşlıq SOCAR-ın ABŞ-də fəaliyyət dairəsini nə qədər genişləndirə bilər? - Baku TV
