SOCAR-ın dəstəyi ilə beynəlxalq tədbir keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşkilatçılığı ilə “Sənayenin “xalis sıfır”a gedən yolunu formalaşdırmaq və “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın ambisiyalarını həyata keçirmək” mövzusunda beynəlxalq tədbir keçirilib.
Tədbirdə dünyanın aparıcı beynəlxalq enerji şirkətləri və nüfuzlu təşkilatlar iştirak ediblər.
Mərasimdə əvvəlcə “Neft və Qazın Dekarbonizasiyası Xartiyası” barədə ətraflı məlumat verilib, təşkilatın inkişafı, gələcək hədəfləri, habelə əhatə dairəsinin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.
Qlobal miqyasda neft-qaz şirkətlərinin dekarbonizasiya fəaliyyətinə “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın təşəbbüslərinin təsiri, Xartiya üzvləri tərəfindən emissiyaların azaldılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib, mövzu üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı üzv təşkilatların 2050-ci ilə qədər neft-qaz əməliyyatlarında dekarbonizasiya fəaliyyətlərini dəstəkləməklə “xalis sıfır”a nail olunması “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın əsas hədəfi kimi qeyd olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
