SOCAR-ın göstəriciləri ilə bağlı proqnoz | 2025-2027-ci illərdə...
Yeniliklərdən dərhal xəbərdar olun
"Standard and Poor's" ("S&P) beynəlxalq reytinq agentliyinin baza ssenarisinə əsasən, 2025-2027-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsaslı xərcləri illik təxminən 3 milyard manat təşkil edəcək ki, bu da son iki ilin göstəricilərindən yüksəkdir.
Agentliyin hesabatında deyilir:
"Demək olar ki, tamamlanmış "Şahdəniz 2" layihəsi və bu il imzalanmış "Shah Deniz Compression" layihəsi SOCAR-ın əlavə investisiyalar hesabına hasilatın artırılması istiqamətində davam edən səylərini nümayiş etdirir".
"Standard and Poor's"in baza ssenarisinə görə, agentliyin metodologiyasına uyğun olaraq təshih edilmiş "Funds from Operations"ın borca nisbəti 2025-2027-ci illərdə 12-15 % diapazonunda qalacaq və mövcud nağd vəsaitlər nəzərə alınmaqla 20 %-i ötəcək.
Bununla yanaşı, müsbət sərbəst pul axını illik təxminən 1 milyard manat məbləğində proqnozlaşdırılır.
Agentlik vurğulayır ki, hasilat SOCAR-ın fəaliyyətinin əsas istiqaməti olaraq qalır, buna görə də şirkətin Azərbaycan ərazisində yeni sahələrin işlənməsinə və mövcud aktivlərin genişləndirilməsinə investisiya qoymağa davam edəcəyi gözlənilir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın STAR neft emalı zavodu sentyabrda nafta istehsalını nə qədər artırıb? - Baku TV
- SOCAR və BP-nin təşkilatçılığı ilə məlumatlandırma sessiyası keçirilib - Baku TV
- SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV
- SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
