SOCAR-ın pavilyonu mükafata layiq görülüb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın prezidenti Rövşən Nəcəf Daşkənddə keçirilən “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib.
Tədbir çərçivəsində SOCAR prezidenti bp şirkətinin baş vitse-prezidenti Ariel Flores və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə birgə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginovla üçtərəfli görüşlər keçirib.
Daha sonra bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.
SOCAR prezidentinin “MOL Group” şirkətinin icraçı vitse-prezidenti Zsombor Martonla görüşündə şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Rövşən Nəcəf tədbir çərçivəsində “OGU-2026” sərgisi ilə də tanış olub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
