SOCAR-ın prezidenti ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında iştirak etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında iştirak edib.
Konfrans çərçivəsində “İkitərəfli ticarətin və strateji əməkdaşlığın gücləndirilməsi” mövzusunda açılış sessiyası keçirilib.
Açılış sessiyasında çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf 30 ildən çox müddətdə Azərbaycanla ABŞ arasında enerji sahəsində uğurla davam etdirilən əməkdaşlığın ölkəmizin enerji sektorunun inkişafına mühüm töhfə verdiyini bildirib.
ABŞ şirkətlərinin Azərbaycanın iri neft-qaz layihələrində iştirak edən ilk tərəfdaşlardan olduğunu söyləyən SOCAR-ın prezidenti bu əməkdaşlığın möhkəm təməlinin “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulduğunu deyib.
Tədbirdə həmçinin enerji, texnologiya və maliyyə sektorları üzrə əməkdaşlıq imkanlarına dair bir sıra panel müzakirələr təşkil olunub.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Enerji infrastrukturunun inkişafı və gələcəyin enerji sektoruna kapital axını” mövzusunda keçirilən panel sessiyasında çıxış edib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
