SOCAR-ın qarşıdakı illər üçün hədəfləri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-da “Ümumdünya Keyfiyyət Həftəsi 2025” təşəbbüsü çərçivəsində tədbir keçirilib.
Dünyanın 100-ə yaxın ölkəsində qeyd olunan bu qlobal təşəbbüs keyfiyyət mədəniyyətinin inkişafına, innovativ idarəetmə təcrübələrinin yayılmasına və təşkilatlarda mükəmməllik düşüncəsinin gücləndirilməsinə xidmət edir.
SOCAR-ın vitse-prezidenti Fuad Musayevin açılış nitqi ilə başlayan tədbir çərçivəsində mövzuya dair təqdimatlar və panel müzakirəsi keçirilib.
Tədbirdə SOCAR-ın son illərdə keyfiyyət sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirilən layihələr və qarşıdakı illər üçün hədəflər barədə məlumatlar verilib. Şirkətdə aparılan rəqəmsal transformasiya, proseslərin standartlaşdırılması və risk əsaslı yanaşmanın gücləndirilməsi istiqamətində görülən işlər geniş auditoriyaya çatdırılıb.
Tədbirin ikinci hissəsində isə SOCAR-ın sahə üzrə mütəxəssisləri arasında “Enerji tariximiz” adlı müsabiqə təşkil edilib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
