SOCAR-ın qaz hasilatında yüksəliş
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ildə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,7 milyon ton neft, 8,4 milyard kubmetr qaz hasil olunub.
2022-ci illə müqayisədə neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 4 faiz artıb.
Hesabat dövründə SOCAR xarici bazarlara 17,8 milyon ton neft ixrac edib. Bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin dövlətimizə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
SOCAR-ın eyni zamanda Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları da xarici bazarlara ixrac edilib. 2023-cü ildə şirkət 6,3 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edib.
SOCAR bu dövrdə həmçinin 74 min metrə yaxın qazma işləri həyata keçirib. Bu da 2022-ci illə müqayisədə 1,2 faiz çoxdur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
