SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adının təqdimatı olub. Qurum fəaliyyətini Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi adı altında davam etdirəcək.
Təqdimat mərasimində dövlət qurumlarının nümayəndələri, sənaye və enerji sahəsində fəaliyyət göstərən tərəfdaş şirkətlərin rəhbər şəxsləri, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər iştirak ediblər.
Əvvəlcə Mərkəzin fəaliyyətini əks etdirən təqdimat edilib və videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində təşkil olunan xüsusi stendlərdə qonaqlara Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri, beynəlxalq standartlara uyğun həyata keçirilən təlim proqramları, sertifikatlaşdırma imkanları, texniki və praktiki hazırlıq infrastrukturu barədə ətraflı məlumat verilib.
İştirakçılar mərkəzin əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, peşəkar inkişaf və texniki ixtisasların artırılması istiqamətində həyata keçirdiyi təlim proqramları ilə yaxından tanış olublar. Sonra dövlət qurumları, sənaye və enerji sektorunda fəaliyyət göstərən şirkətlərlə təlim və inkişaf istiqamətində sinerji mövzusuna həsr olunmuş panel müzakirəsi təşkil olunub.
Müzakirələrdə insan kapitalının inkişafı, beynəlxalq təcrübələrin tətbiqi, təlim və sertifikatlaşdırma sahəsində müasir yanaşmalar, eləcə də enerji sektorunda ixtisaslı kadr hazırlığının strateji əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
