SOCAR-ın təşəbbüsü ilə mühüm beynəlxalq konfrans keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Neft Şirkətinin Eko-Parkında Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində bp və SOCAR-ın birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.
Tədbirdə çıxış edənlər planetimiz üçün qlobal təhlükəyə çevrilən iqlim dəyişikliyinin yaranmasında metan emissiyalarının rolundan danışıblar.
“Paris Sazişi” və onun müddəalarının icrası, neft-qaz əməliyyatlarının bütün dəyər zəncirində metan emissiyalarının monitorinqi, onların azaldılmasında müasir texnologiyaların rolu mövzusunda fikir mübadiləsi aparılıb.
Azərbaycanda metan emissiyalarının azaldılması potensialı və bu sahədə texnoloji həllərin tətbiqi, ən yaxşı beynəlxalq təcrübələrə dair nümunələr, habelə bu sahədə layihələrin maliyyələşdirilməsi imkanlarına dair təqdimatlar edilib.
Tədbir iştirakçıları konfransın təşkilini COP29 ərəfəsində ölkəmizin qlobal iqlim gündəliyinə sadiqliyinin yüksək təcəssümü kimi qiymətləndiriblər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın STAR neft emalı zavodu sentyabrda nafta istehsalını nə qədər artırıb? - Baku TV
- SOCAR və BP-nin təşkilatçılığı ilə məlumatlandırma sessiyası keçirilib - Baku TV
- SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV
- SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
