SOCAR-ın Türkiyədəki şirkəti birinci oldu
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” neft-kimya kompleksi Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında həm ümumi reytinqdə, həm də kimya kateqoriyasında birinci yeri tutub.
Bu barədə “SOCAR Türkiyə”nin sosial şəbəkə hesablarında məlumat yayılıb.
Bildirilib ki, “Petkim” 2023-cü ildə 557 milyon ABŞ dolları ixrac gəliri əldə edib. “Petkim”in mükafatlarını “SOCAR Türkiyə” Neft Emalı və Neft-Kimya İş Bölməsinin prezidenti vəzifəsini icra edən Kənan Mirzəyevə İzmir valisinin müavini Kamil Köten və İzmir Ticarət Palatasının sədr müavini Emre Kızılgüneşler təqdim edib.
“Petkim” Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olmaqla yanaşı, həm də yerli sənaye sahələrinin ən mühüm xammal tədarükçülərindən biridir. Türkiyənin neft-kimya məhsullarına olan tələbatının təxminən 16 faizini şirkət istehsal edir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
