SOCAR-ın vitse-prezidenti Norveçdə keçirilən görüşlərdə iştirak edib - Baku TV
SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti 21-23 aprel tarixlərində Norveçin Stavanger şəhərində Beynəlxalq Qaz Birliyi tərəfindən təşkil olunan görüşlərdə iştirak edir.
Qlobal qaz bazarlarında ən son yeniliklər, əsas çağırışlar və gələcək perspektivlər ətrafında keçirilən dəyirmi masa müzakirələri sənaye liderlərini bir araya gətirir.
Görüş çərçivəsində SOCAR tərəfindən Xəzər regionu və daha geniş regional qaz bazarlarına dair təqdimat edilib, aktual məsələlər və müasir tendensiyalar üzrə fikirlər bölüşülüb.
SOCAR Beynəlxalq Qaz Birliyi platforması çərçivəsində qarşılıqlı dialoqa fəal töhfə verməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsini və qlobal qaz sektorunun davamlı inkişafını dəstəkləməyə davam edir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
- SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
